“Layihənin idarə olunmasınının, monitorinq və qiymətləndirmənin yaxşılaşdırılması, həbsxanalarda vərəmə nəzarət üçün potensialın gücləndirilməsi” fəaliyyəti çərçivəsində İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin baş həkimi Nəhmət Rəhmanov və ƏN TBİ LİQ-nun icraçı direktoru Əsgər İsmayılov 12-17 noyabr, 2012-ci il tarixlərində, Malaziyanın Kuala Lumpur şəhərində keçirilinən, Vərəm və Agciyər Xəstəlikləri ilə Mübarizə üzrə Beynəlxalq Birliyin 43-cü illik Ümumdünya Konfransında iştirak etmişdilər. Konfransın əsas mövzusu “Qarşılıqlı məsuliyyət hesabına davamlılığın təmini” olmuşdur. İştirakçılarımız tərəfindən konfransda 3 abstrakt nümayiş etdirilmişdir.
Vərəm və Agciyər Xəstəlikləri ilə Mübarizə üzrə Beynəlxalq Birliyin 43-cü illik Ümumdünya Konfransı, Kuala Lumpur, Malaziya
19.11.2012