Penitensiar Sistemdə Beynəlxalq Vərəm gününə həsr edilmiş tədbirlər

29.03.2014

     27 və 28 mart tarixlərində, Penitensiar Sistemin  4 cəzaçəkmə müəssisəsində,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi və İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə, Beynəlxalq vərəm gününə həsr edilmiş  mədəni-kütləvi maarifləndirici tədbirlər həyata keçirilmişdir. Tibb baş idarəsinin nümayəndələri ilə yanaşı, tədbirlərdə güləş üzrə tanınmış Avropa və dünya çempionları, tanınmış estrada müğənniləri və aparıcılar iştirak etmişdir. Aksiyanın məqsədi, interaktiv ünsiyyət, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə ərsəyə gələn Azərbaycanın həbsxanalarında vərəm haqqında metodiki sənədli filmin nümayiş etdirilməsi, vərəm və bu xəstəliyə nəzarət tədbirləri barədə informasiyanın çatdırılması yolu ilə məhbusların vərəm kimi qlobal problem haqqında məlumatlarının artırılması olmuşdur. Maarifləndirmə aksiyalarının təşkilində qeyri-hökumət təşkilatının fəal iştirakı, AR Penitensiar Sisteminin geniş marağı və dəstəyi nümayiş etdirilmişdir.
     Qeyd edilməlidir ki, Beynəlxalq vərəmlə mübarizə günü AR Penitensiar Sistemində belə miqyasda ilk dəfə həyata keçirilirdi və təşkilatçılar məqsədlərinə uğurla nail ola bilmişdir, belə ki, tədbirlərin keçirildiyi cəzaçəkmə müəssisələrində saxlanılan dustaqların rəyləri və aktiv iştirakı, həmçinin, belə tədbirlətin keçirilməsinin vacibliyini və öz biliklərinin artırılması zərurətini vurğulayan aksiya iştirakçılarının verdiyi qiymət bunu sübut edir. Könüllü əsasda təşkil edilən tədbirlər, həmçinin, mülki cəmiyyətin diqqətini cəlb etməklə bir daha müzakirə edilən problemə diqqət yönəltmişdir.
   Tədbir haqqında reportaj televiziyada yayımlanmıdşır. Süjetdə tədbirlərin bədii hissəsi işıqlandırılmış, aksiya barədə ümumi məlumat və tədbir iştirakçıları ilə müsabiqələr nümayiş etdirilmişdir.
    Baxmayaraq ki, bütün dünyada 24 mart tarixində qeyd edilən Beynəlxalq Vərəmlə mübarizə günü ölkəmizdə Novruz bayramı ilə eyni vaxta  təsadüf edir, ƏN TBİ cari ildə təməli qoyulmuş bu uğurlu təcrübəni davam etdirmək, imkanlarını artırmaqla növbəti illərdə müvafiq aksiyaların təşkili zamanı daha geniş sayda cəzaçəkmə müəssisələrini əhatə etmək niyyətindədir.