Vərəm və Agciyər Xəstəlikləri ilə Mübarizə üzrə Beynəlxalq Birliyin 45-ci illik Ümumdünya Konfransı, Barselona (İspaniya)

04.11.2014

“Layihənin idarə olunmasınının, monitorinq və qiymətləndirmənin yaxşılaşdırılması, həbsxanalarda vərəmə nəzarət üçün potensialın  gücləndirilməsi” fəaliyyəti çərçivəsində, LİQ-in əməkdaşları 28 oktyabr-1 noyabr, 2014-cü il tarixlərində, Barselonada (İspaniya) keçirilinən, Vərəm və Agciyər Xəstəlikləri ilə Mübarizə üzrə Beynəlxalq Birliyin 45-ciillik Ümumdünya Konfransında iştirak etdilər. Konfransın əsas mövzusu “İctimaiyyət tərəfindən növbəti nəsil üçün problemlərin aşılanması” olmuşdur. Əvvəlki illərdən fəqrli olaraq, cari konfransda Ədliyyə Nazirliyi Tibb baş idarəsi posterlər  və prezentasiyalar təqdim etməklə yanaşı, “Multi-sektoral yanaşma və icmaların cəlb edilməsi penitensiar sistemdə vərəmin proqrammatik idarə edilməsini necə gücləndirə bilər” mövzusunda simpoziumun müəllifləri və aparıcılarından biri qismində iştirak etmişdir.