Vərəmə nəzarət üzrə XX Beynəlxalq Təlim kursu, Tartu (Estoniya)

28.08.2015

Layihənin idarə olunmasınının, monitorinq və qiymətləndirmənin yaxşılaşdırılması, həbsxanalarda vərəmə nəzarət üçün potensialın gücləndirilməsi fəaliyyəti çərçivəsində, İMM-nin baş həkimi – Orxan Bağırov və İMM-nin vərəm üzrə həkimi - Famil Məmmədov 19-26 avqust 2015-ci il tarixlərində, Estoniyanın Tartu şəhərində, ağciyərlərin sağlamlığı üzrə Finlandiya Asossiasiyasının Estoniyanın Milli Vərəm Proqramı və Tartu Universitetinin Klinikası ilə əməkdaşlığı çərçivəsində , ÜST və Vərəm və ağciyər xəstəlikləri ilə mübarizə üzrə Beynəlxalq İttifaqın dəstəyi ilə,  Vərəmə nəzarət üzrə XX Beynəlxalq Təlim kursunda iştirak etmişdirlər. Kursun əsas məqsədi iştirakçıların, vərəmlə mübarizədə yeni biliklərin, yanaşmaların və əldə edilən praktiki bacarıqların köməyi ilə, kliniki və idarəçilik qərarlarının qəbul edilməsi bacarıqlarının gücləndirilməsi olmuşdur.