
ƏN TBİ İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində təlimlər hər il üçün təsdiq olunmuş təlim planına əsasən həyata keçirilir. 2016-cı ildə 11 təlim kursunun keçirilməsi nəzərdə tutulmuşdur.
Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2016-cı il üçün təsdiq olunmuş təlimlər planı:
№ | Təlimin adı | Keçirildiyi vaxt | Hədəf auditoriyası | Maliyyələşdirmə mənbəyi |
1. | “Vərəmin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti” |
Mart (1 gün) |
Penitensiar xidmətin Mühafizə Alayının 3-cü atıcı bölüyünün zabit və gizir heyəti |
TBİ |
2. | “Bəlğəm nümunələrinin düzgün toplanması qaydaları” |
May (1 gün) |
Penitensiar müəssisələrin tibb xidmətinin orta tibb işçiləri | TBİ |
3. | BEYNƏLXALQ TƏLİM:“Ç/GDD vərəm yükü yüksək olan ölkələrin həbsxanalarında vərəmə nəzarətin təkmilləşdirilməsi” |
May (5 gün) |
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin penitensiar müəssisələrində vərəməleyhi xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimlər və rəhbər işçilər | |
4. | “İxtisaslaşdırılmış müalicə müəssisəsində vərəm hallarının idarə olunması” |
Iyun (2 gün) |
İMM-nin orta tibb işçiləri | TBİ |
5. | “Keyfiyyətin idarə olunması: inventarizasiyanın menecmenti” |
İyun (1 gün) |
Penitensiar müəssisələrin tibb xidmətinin laborator işciləri | TBİ |
6. | “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” |
Iyul (1 gün) |
Penitensiar müəssisələrin nəzarətçiləri | TBİ |
7. |
“Vərəmin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti” |
İyul (1 gün) |
Penitensiar xidmətin konvoy taborunun əməkdaşları |
TBİ |
8. | “İxtisaslaşdırılmış müalicə müəssisəsində xəstəxanadaxili vərəmin yayılmasına qarşı tətbiq olunan infeksion nəzarət tədbirləri” |
Oktyabr (1 gün) |
İMM-nin nəzarətciləri | TBİ |
9. | “DD vərəmin idarə olunmasında ÜST-nin yeni yanaşmaları və tövsiyələri” |
Noyabr (3 gün) |
İMM-nin həkimləri | TBİ |
10. | “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” |
Dekabr (1 gün) |
Penitensiar müəssisələrin nəzarətçiləri | TBİ |
11. | ”Vərəmlə yanaşı xəstəliklərdə vərəməleyhi müalicənin xüsusiyyətləri” |
Dekabr (1 gün) |
İMM-nin həkimləri | TBI |