Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2016-cı il üçün təsdiq olunmuş təlimlər planı

16.03.2016

ƏN TBİ İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və  nəzarəti üzrə  ÜST ilə Əməkdaşlıq Mərkəzində təlimlər hər il üçün təsdiq olunmuş təlim planına əsasən həyata keçirilir. 2016-cı ildə 11 təlim kursunun keçirilməsi nəzərdə tutulmuşdur.


Həbsxanalarda vərəmin profilaktikası və  nəzarəti üzrə  ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2016-cı il üçün təsdiq olunmuş təlimlər planı:

Təlimin adı Keçirildiyi vaxt Hədəf auditoriyası Maliyyələşdirmə mənbəyi
1. “Vərəmin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti” Mart
(1 gün)
Penitensiar xidmətin Mühafizə Alayının
3-cü atıcı bölüyünün zabit və gizir heyəti
TBİ
2. “Bəlğəm nümunələrinin düzgün toplanması qaydaları” May
(1 gün)
Penitensiar müəssisələrin tibb xidmətinin orta tibb işçiləri  TBİ
3. BEYNƏLXALQ  TƏLİM:“Ç/GDD vərəm yükü yüksək olan ölkələrin həbsxanalarında vərəmə nəzarətin təkmilləşdirilməsi” May
(5 gün)
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin penitensiar müəssisələrində vərəməleyhi xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimlər və rəhbər işçilər  
4. “İxtisaslaşdırılmış müalicə müəssisəsində vərəm hallarının idarə olunması” Iyun
(2 gün)
İMM-nin orta tibb işçiləri TBİ
5. “Keyfiyyətin idarə olunması: inventarizasiyanın menecmenti”  İyun
(1 gün)
Penitensiar müəssisələrin tibb xidmətinin laborator işciləri TBİ
6. “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” Iyul
(1 gün)
Penitensiar müəssisələrin nəzarətçiləri TBİ
7. “Vərəmin yayılmasının qarşısının
alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti”
İyul
(1 gün)
Penitensiar xidmətin
konvoy taborunun əməkdaşları
TBİ
8. “İxtisaslaşdırılmış müalicə müəssisəsində xəstəxanadaxili vərəmin yayılmasına qarşı tətbiq olunan infeksion nəzarət tədbirləri” Oktyabr
 (1 gün)
İMM-nin nəzarətciləri TBİ
9. “DD vərəmin idarə olunmasında ÜST-nin yeni yanaşmaları və tövsiyələri” Noyabr
(3 gün)
İMM-nin həkimləri TBİ
10. Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” Dekabr
(1 gün)
Penitensiar müəssisələrin nəzarətçiləri TBİ
11. ”Vərəmlə yanaşı xəstəliklərdə vərəməleyhi müalicənin xüsusiyyətləri” Dekabr
(1 gün)
İMM-nin həkimləri TBI