26-29 oktyabr 2016-cı ildə, Liverpul (Birləşmiş Krallıq) şəhərində keçirilən Vərəmvə Agciyər Xəstəlikləri ilə Mübarizə üzrə Beynəlxalq Birliyin 47-ci illik Ümumdünya Konfransının əsas mövzusu “Rezistentliklə mübarizə: İnnovasiyaların təməlləri” olmuşdur. İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Laboratoriya Müdiri – Rasim Tahirli ilə təmsil edilən Ədliyyə Nazirliyi Tibb baş idarəsi “Cəzaçəkmə müəssisələrində vərəmlə mübarizə sahəsində uğurlu təcrübə və qarşılanan çətinliklər” mövzusunda simpoziumun koordinatoru olmaqla bərabər, özünü belə geniş miqyaslı tədbirlərdə yanaşı müəllif qismində yenidən uğurla sınamışdır. Cəzaçəkmə müəssisələrində ÜST-ün tövsiyə etdiyi strategiyaları tətbiq etməklə vərəm ilə mübarizə üzrə praktiki tədbirlərə həsr edilmiş seminar auditoriyanın marağını oyatmış və səmərəli diskussiyalar üçün platforma yaratmışdır.
Vərəm və Agciyər Xəstəlikləri ilə Mübarizə üzrə Beynəlxalq Birliyin 47-ci illik Ümumdünya Konfransı, Liverpul (Birləşmiş Krallıq)
31.10.2016