ƏN TBİ İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2017-ci il üçün təlim planı təsdiq edilmişdir. Cari ildə 16 təlim kursunun keçirilməsi nəzərdə tutulmuşdur.
Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2017-ci il üçün təsdiq olunmuş təlimlər planı:
№ | Təlimin adı | Keçirildiyi vaxt | Hədəf auditoriyası | Maliyyələşdirmə mənbəyi |
1. | “Dərmanlara davamlı vərəmin idarə olunmasına müasir yanaşma” |
Mart (2 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
2. | “Laboratoriyada keyfiyyətin idarə olunması” |
Mart (1 gün) |
Penitensiar müəssisələrin tibb xidmətinin laboratoriya işciləri | TBİ |
3. | “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin təşkili” |
Aprel (2 gün) |
Penitensirar müəssisələrin tibb xidmətinə yeni işə götürülmüş həkimlər | TBİ |
4. |
“Dərmanlara davamlı vərəmin müalicə sxemlərinin tərtib olunması. Yeni vərəməleyhi preparatların tətbqiqinə dair ÜST-nin tövsiyələri” |
May (2 gün) |
Penitensirar müəssisələrin tibb xidmətinində çalışan ftiziatrlar | TBİ |
5. | “Dərmanlara davamlı vərəmin idarə olunmasına müasir yanaşma” |
May (2 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
6. | “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” |
May (1 gün) |
Penitensiar müəssisələrin nəzarətçiləri | TBİ |
7. | “Dərmanlara davamlı vərəmin idarə olunmasına müasir yanaşma” |
May (2 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
8. | BEYNƏLXALQ TƏLİM: “Ç/GDD vərəm yükü yüksək olan ölkələrin həbsxanalarında vərəmə nəzarətin təkmilləşdirilməsi” |
İyun (5 gün) |
Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin penitensiar müəssisələrində vərəməleyhi xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimlər və rəhbər işçilər | |
9. | “İxtisaslaşdırılmış müalicə müəssisəsində yeni vərəməleyhi preparatların tətbiqi” |
Iyun (1 gün) |
İMM-nin orta tibb işçiləri | TBİ |
10. | “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” |
İyul (1 gün) |
Penitensiar müəssisələrin rəisləri | TBİ |
11. | “Dərmanlara davamlı vərəmin idarə olunmasına müasir yanaşma” |
Sentyabr (3 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
12. | “DD-vərəmin idarə olunmasında ÜST-ün yeni yanaşmaları və tövsiyələri” |
Oktyabr (3 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
13. | "DD-vərəmin idarə olunmasında ÜST-ün yeni yanaşmaları və tövsiyələri" |
Oktyabr (3 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
14. | "DD-vərəmin idarə olunmasında ÜST-ün yeni yanaşmaları və tövsiyələri" |
Oktyabr (3 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
15. |
“Vərəmin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti” |
Dekabr (3 gün) |
Mülki sektorun vərəməleyhi müəssisələrində çalışan həkimlər | QF |
16. | “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” |
Oktyabr (1 gün) |
Penitensiar müəssisələrin nəzarətçiləri | TBİ |