Çin Xalq Respublikasının nümayəndə heyətinin Azərbaycana tanışlıq səfəri

06.11.2017

Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb baş idarəsi nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin birgə təşkilati dəstəyi ilə, Çin Xalq Respublikasının ədliyyə mütəxəssisləri və BQXK-nin Pekin və Bağdad ofisinin əməkdaşları ilə təmsil edilən nümayəndə heyəti cari ilin noyabr ayında Bakıya səfər etmişdir. Üç gün davam edən səfərin məqsədi Azərbaycanın penitensiar sistemində vərəmə qarşı mübarizə və müalicə tədbirlərinin təşkili, vərəmə nəzarət sahəsində ƏN TBİ-nin müsbət təcrübəsi ilə tanışlıq olmuşdur.