Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2019-cu il üçün təsdiq olunmuş təlimlər planı

01.02.2019

Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2019-cu il üçün təsdiq edilən təlim planına əsasən 13 yerli və 1 beynəlxalq təlim kursu keçiriləcək. 

Həbsxanalarda vərəmin profilaktikası və  nəzarəti üzrə  ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2019-cu il üçün təsdiq olunmuş təlimlər planı:

Təlimin adı / mövzusu Keçirildiyi vaxt Hədəf auditoriyası İştirakçı sayı Maliyyə mənbəyi Tədrisin dili
1. Vərəm xəstəliyinin yayılmasısının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin rolu
(Səyyar təlim)
Fevral
(1 gün)
 
MA-nın 3-cü atıcı bölüyünün zabit heyəti 15 TBİ Azərbaycan
2. Vərəməleyhi preparatların tətbiqi zamanı meydana çıxan arzuolunmaz hallarının idarə olunması və vərəmlə yanaşı xəstəliklərdə müalicənin xüsusiyyətləri Fevral
(1 gün)
 
İMM-nin həkimləri 15-17 TBİ Azərbaycan
3. Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyalarının həyata keçirilməsində  penitensiar xidmət əməkdaşlarının rolu Mart
(1 gün)
 
Penitensiar müəssisələrin nəzarətçiləri 15 TBİ Azərbaycan
4. Penitensiar müəssisələrdə vərəmin aktuallığı. Vərəmin erkən aşkarlanması və müalicə kursu tamamlanmış məhkumların izlənilməsi istiqamətində  TSH əməkdaşlarının fəaliyyəti Mart
(1 gün)
 
Penitensiar müəssisələrin TSH rəisləri 15-17 TBİ Azərbaycan
5. Dərmanlara davamlı vərəmin idarə olunmasında ÜST-nin müasir yanaşmaları və tövsiyələri. Yeni müalicə rejimlərinin tətbiqi Aprel
(1 gün)
 
İMM-nin həkimləri 15-17 TBİ Azərbaycan
6. Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin və aşkarlanma strategiyalarının həyata keçirilməsində  penitensiar xidmət əməkdaşlarının rolu May
(1 gün)
 
Penitensiar müəssisələrin tərbiyə işinin təşkili üzrə məsul əməkdaşları (dəstə rəisləri) 15 TBİ Azərbaycan
7. BEYNƏLXALQ TRENİNQ:
Yeni vərəməleyhi preparatların və müalicə rejimlərinin tətbiqi dövründə ÇDD və GDD vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi
İyun
(6 gün)
ŞAMA ölkələrinin penitensiar müəssisələrində vərəməleyhi xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimləri və rəhbər işçiləri  15-20 ÜST ƏM,
ÜST ÖO,
ÜST AVRO
Rus və ingilis
8. Yeni vərəməleyhi preparatların və müalicə rejimlərinin tətbiqinə dair ÜST-nin tövsiyələri İyun
(1 gün)
 
İMM-nin orta tibb personalı 15-17 TBİ Azərbaycan
9. Vərəm xəstəliyinin yayılmasısının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin rolu
(Səyyar təlim)
İyul
(1 gün)
 
MA-nın 3-cü atıcı bölüyünün əsgər heyəti 20-25 TBİ Azərbaycan
10. Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyalarının həyata keçirilməsində  penitensiar xidmət əməkdaşlarının rolu Sentyabr
(1 gün)
 
Penitensiar müəssisələrin nəzarətçiləri 15 TBİ Azərbaycan
11. Azərbaycanın penitensiar müəssisələrində vərəm hallarının aşkarlanması, diaqnostikası və profilaktikasının xüsusiyyətləri
 
Sentyabr
(2 gün)
 
Penitensiar müəssisələrin tibb xidmətinin həkimləri 15-17 TBİ Azərbaycan
12. Genetik dərmanlara həssaslıq testi Geno Type MTBDRsl versiya 2.0 və onun nəticələrinin şərhi Oktyabr
(1 gün)
 
İMM və MM-in laboratoriya əməkdaşları 15 nəfər TBİ Azərbaycan
13.
Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində  penitensiar xidmət əməkdaşlarının rolu
 
Noyabr
(1 gün)
 
Penitensiar müəssisələrin rəisləri / rəis müavinləri 15 nəfər TBİ Azərbaycan
14. Penitensiar müəssisələrdə həyata keçirilən vərəməleyhi tədbirlərin hüquqi əsasları Dekabr
(1 gün)
 
Penitensiar müəssisələrin tibb xidmətinin həkimləri 15-17 nəfər TBİ Azərbaycan