Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2020-ci il üçün təsdiq olunmuş təlimlər planı

15.01.2020

ƏN TBİ İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2020-ci il üçün fəaliyyətlər planı təsdiqlənmişdir.

Təlimlər Planına müvafiq olaraq 2020-ci ildə 3 səyyar və 2 beynəlxalq təlim kursu daxil olmaqla, ümumilikdə 16 təlim kursunun təşkil edilməsi planlaşdırılır. 

Həbsxanalarda vərəmin profilaktikası və  nəzarəti üzrə  ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2020-ci il üçün təsdiq olunmuş təlimlər planı:


Təlimin adı / mövzusu Keçirildiyi vaxt Hədəf auditoriyası İştirakçı sayı Maliyyə mənbəyi Tədrisin dili
1. Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində  Penitensiar Xidmət əməkdaşlarının rolu.
Vərəm xəstəliyinin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti.
(Səyyar)
Fevral
(2 gün)
5 saylı CM-nin (Salyan) PX əməkdaşları və 5 –ci bölüyün əsgər və zabit heyəti
 
I gün-15-20 nəfər,
II gün-20-30 nəfər
TBİ Azərbaycan
2. Vərəmlə mübarizə istiqamətində həyata keçirilən  infeksion nəzarət tədbirlərinin əhəmiyyəti
 
Fevral
(1 gün)
 
ƏN PX MA-nın zabit heyəti 15 nəfər TBİ Azərbaycan
3. “Vərəməleyhi dərman preparatlarınaolan ehtiyacın hesablanmasında QUAN TB proqramının tətbiqi” Mart
(1 gün)
 
TBİ və İMM-nin dərman sifarişlərinə cavbdeh olan əməkdaşlar 5-10 TBİ Azərbaycan
4. İstintaq təcridxanalarında vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində  Penitensiar Xidmət əməkdaşlarının rolu
(Səyyar)
Mart
(2 gün)
İT-2-nin (Gəncə) PX əməkdaşları
(2 gün)
40 nəfər TBİ Azərbaycan
5. Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyalarının həyata keçirilməsində  Penitensiar Xidmət əməkdaşlarının rolu Aprel
(1 gün)
 
Penitensiar müəssisələrin nəzarətçiləri 15 nəfər TBİ Azərbaycan
6. BEYNƏLXALQ TRENİNQ:
Yeni vərəməleyhi preparatların və müalicə rejimlərinin tətbiqi dövründə ÇDD və GDD vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi
 
 
 
Aprel
(27 aprel-1 may, 5 gün)
ŞAMAölkələrinin penitensiar müəssisələrində vərəməleyhi xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimləri və rəhbər işçiləri 15-20 nəfər ÜST ƏM,
ÜST Avro,
ƏN TBİ
Rus və ingilis
7. Dərmanlara davamlı vərəmin idarə olunmasına dair ÜST-nin yeni tövsiyələri və yanaşmaları. May
(2 gün)
 
İMM-nin həkimləri 15-17 nəfər TBİ Azərbaycan
8. Vərəmlə mübarizə proqramı çərçivəsində tibb və penitensiar xidmətlərin müxtəlif aspektlərdə qarşılıqlı əməkdaşlığı May (18-22 may, 5 gün)
 
Ukraynanın PX əməkdaşları 10-15 nəfər   Rus
9. Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin və aşkarlanma strategiyalarının həyata keçirilməsində  Penitensiar Xidmət əməkdaşlarının rolu İyun
(1 gün)
 
Penitensiar müəssisələrin tərbiyə işinin təşkili üzrə məsul əməkdaşları (dəstə rəisləri) 15 nəfər TBİ Azərbaycan
10. Vərəm xəstəliyinin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti
(Səyyar)
İyul
(1 gün)
 
MA-nın 3-cü atıcı bölüyünün əsgər heyəti 20-25 nəfər TBİ Azərbaycan
11. Azərbaycanın penitensiar müəssisələrində vərəm hallarının aşkarlanması, diaqnostikası və profilaktikasının xüsusiyyətləri Sentyabr
(2 gün)
 
Penitensiar müəssisələrin tibb xidmətinə yeni işə qəbul olunmuş həkimlər
 
15-17 nəfər TBİ Azərbaycan
12. Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyalarının həyata keçirilməsində  Penitensiar Xidmət əməkdaşlarının rolu Sentyabr
(1 gün)
 
Penitensiar müəssisələrin nəzarətçiləri 15 nəfər TBİ Azərbaycan
13. Dərmanlara davamlı vərəmin idarə olunmasına dair ÜST-nin yeni tövsiyələri və yanaşmaları. Oktyabr
(1 gün)
 
İMM-nin orta tibb personalı 15-17 nəfər TBİ Azərbaycan
14. Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində  Penitensiar Xidmət əməkdaşlarının rolu Noyabr
(1 gün)
 
Penitensiar müəssisələrin rəisləri / rəis müavinləri 15 nəfər TBİ Azərbaycan
15.  Laboratoriyada keyfiyyətin idarə olunmasına dair əsas məqamlar Noyabr
(1 gün)
 
 
Penitensiar müəssisələrin tibb xidmətinin laboratoriyalarının əməkdaşları
 
15 nəfər TBİ Azərbaycan
16. Vərəmlə mübarizə istiqamətində həyata keçirilən  infeksion nəzarət tədbirlərinin əhəmiyyəti
 
Dekabr
(1 gün)
 
ƏN PX MA-nın zabit heyəti 15 nəfər TBİ Azərbaycan