ƏN TBİ İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2020-ci il üçün fəaliyyətlər planı təsdiqlənmişdir.
Təlimlər Planına müvafiq olaraq 2020-ci ildə 3 səyyar və 2 beynəlxalq təlim kursu daxil olmaqla, ümumilikdə 16 təlim kursunun təşkil edilməsi planlaşdırılır.
Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinin 2020-ci il üçün təsdiq olunmuş təlimlər planı:
№ | Təlimin adı / mövzusu | Keçirildiyi vaxt | Hədəf auditoriyası | İştirakçı sayı | Maliyyə mənbəyi | Tədrisin dili |
1. |
Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində Penitensiar Xidmət əməkdaşlarının rolu. Vərəm xəstəliyinin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti. (Səyyar) |
Fevral (2 gün) |
5 saylı CM-nin (Salyan) PX əməkdaşları və 5 –ci bölüyün əsgər və zabit heyəti |
I gün-15-20 nəfər, II gün-20-30 nəfər |
TBİ | Azərbaycan |
2. |
Vərəmlə mübarizə istiqamətində həyata keçirilən infeksion nəzarət tədbirlərinin əhəmiyyəti |
Fevral (1 gün) |
ƏN PX MA-nın zabit heyəti | 15 nəfər | TBİ | Azərbaycan |
3. | “Vərəməleyhi dərman preparatlarınaolan ehtiyacın hesablanmasında QUAN TB proqramının tətbiqi” |
Mart (1 gün) |
TBİ və İMM-nin dərman sifarişlərinə cavbdeh olan əməkdaşlar | 5-10 | TBİ | Azərbaycan |
4. |
İstintaq təcridxanalarında vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində Penitensiar Xidmət əməkdaşlarının rolu (Səyyar) |
Mart (2 gün) |
İT-2-nin (Gəncə) PX əməkdaşları (2 gün) |
40 nəfər | TBİ | Azərbaycan |
5. | Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyalarının həyata keçirilməsində Penitensiar Xidmət əməkdaşlarının rolu |
Aprel (1 gün) |
Penitensiar müəssisələrin nəzarətçiləri | 15 nəfər | TBİ | Azərbaycan |
6. |
BEYNƏLXALQ TRENİNQ: Yeni vərəməleyhi preparatların və müalicə rejimlərinin tətbiqi dövründə ÇDD və GDD vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi |
Aprel (27 aprel-1 may, 5 gün) |
ŞAMAölkələrinin penitensiar müəssisələrində vərəməleyhi xidmətlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən həkimləri və rəhbər işçiləri | 15-20 nəfər |
ÜST ƏM, ÜST Avro, ƏN TBİ |
Rus və ingilis |
7. | Dərmanlara davamlı vərəmin idarə olunmasına dair ÜST-nin yeni tövsiyələri və yanaşmaları. |
May (2 gün) |
İMM-nin həkimləri | 15-17 nəfər | TBİ | Azərbaycan |
8. | Vərəmlə mübarizə proqramı çərçivəsində tibb və penitensiar xidmətlərin müxtəlif aspektlərdə qarşılıqlı əməkdaşlığı |
May (18-22 may, 5 gün) |
Ukraynanın PX əməkdaşları | 10-15 nəfər | Rus | |
9. | Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin və aşkarlanma strategiyalarının həyata keçirilməsində Penitensiar Xidmət əməkdaşlarının rolu |
İyun (1 gün) |
Penitensiar müəssisələrin tərbiyə işinin təşkili üzrə məsul əməkdaşları (dəstə rəisləri) | 15 nəfər | TBİ | Azərbaycan |
10. |
Vərəm xəstəliyinin yayılmasının qarşısının alınmasında infeksion nəzarət tədbirlərinin əhəmiyyəti (Səyyar) |
İyul (1 gün) |
MA-nın 3-cü atıcı bölüyünün əsgər heyəti | 20-25 nəfər | TBİ | Azərbaycan |
11. | Azərbaycanın penitensiar müəssisələrində vərəm hallarının aşkarlanması, diaqnostikası və profilaktikasının xüsusiyyətləri |
Sentyabr (2 gün) |
Penitensiar müəssisələrin tibb xidmətinə yeni işə qəbul olunmuş həkimlər |
15-17 nəfər | TBİ | Azərbaycan |
12. | Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyalarının həyata keçirilməsində Penitensiar Xidmət əməkdaşlarının rolu |
Sentyabr (1 gün) |
Penitensiar müəssisələrin nəzarətçiləri | 15 nəfər | TBİ | Azərbaycan |
13. | Dərmanlara davamlı vərəmin idarə olunmasına dair ÜST-nin yeni tövsiyələri və yanaşmaları. |
Oktyabr (1 gün) |
İMM-nin orta tibb personalı | 15-17 nəfər | TBİ | Azərbaycan |
14. | Cəzaçəkmə yerlərində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində Penitensiar Xidmət əməkdaşlarının rolu |
Noyabr (1 gün) |
Penitensiar müəssisələrin rəisləri / rəis müavinləri | 15 nəfər | TBİ | Azərbaycan |
15. | Laboratoriyada keyfiyyətin idarə olunmasına dair əsas məqamlar |
Noyabr (1 gün) |
Penitensiar müəssisələrin tibb xidmətinin laboratoriyalarının əməkdaşları |
15 nəfər | TBİ | Azərbaycan |
16. |
Vərəmlə mübarizə istiqamətində həyata keçirilən infeksion nəzarət tədbirlərinin əhəmiyyəti |
Dekabr (1 gün) |
ƏN PX MA-nın zabit heyəti | 15 nəfər | TBİ | Azərbaycan |