ÜST-lə Əməkdaşlıq Mərkəzi

Vərəmə nəzarətin gücləndirilməsi üzrə Təlim Mərkəzi 2012-ci ilin martında təsdiq edilmişdir, lakin vərəmlə mübarizə layihəsi çərçivəsində və beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq aktiv fəaliyyət göstərir. Təlim mərkəzinin əsas işçi heyəti ÜST ekspertlərindən, vərəmə nəzarət üzrə təcrübəli menecerlərdən, həmçinin, peşəkar səhiyyə mütəxəssislərindən ibarətdir. Mərkəzin təlimçiləri ÜST beynəlxalq eksperti tərəfindən keçirilən TOT (təlimçilərin təlimləndirilməsi) kursunu keçmiş və təlimlərin keçirilməsində  zəngin təcrübəyə malikdirlər. 2014-cü ilin may ayında Təlim Mərkəzi həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi Statusunu qazanmışdır və ÜST-ün müvafiq bazasına daxil edilmişdir: http://apps.who.int/whocc/Detail.aspx?cc_ref=AZE-1&cc_code=aze&. 2018-ci və 2022-ci ilin may ayında mərkəzin statusu növbəti 4 il müdətinə uzadılıb.

Təlimlərin proqramı ÜST-ün müasir tövsiyələrinə əsaslanır və həbsxanalarda vərəmə və dərmanlara-davamlı vərəmə nəzarət üzrə Proqramın əsas aspektlərini özündə əks etdirir.

Hər il müxtəlif auditoriyalar üçün 16-ya yaxın yerli təlim kursları təşkil edilir:  а) Penitensir Sistemin qeyri-tibb personalı; в) periferik tibb müəssisələrinin tibb işçiləri (PS ilkin tibbi yardım mərkəzləri); с) ikinci səviyyəli tibb müəssisələrinin tibb personalı (ümumi profilli xəstəxanalar); d) üçüncü səviyyəli tibb müəssisələrinin personalı (vərəmin müalicəsi üzrə İxtisaslaşdırılmış Müalicə Müəssisəsi); e) 1-3 səviyyəli laboratoriyaların laborantları.

2023-cü ilin sonunadək Təlim mərkəzində 23 ölkədən 180 iştirakçı heyəti üçün 14 beynəlxalq tədris kursu keçirilmişdir. Təlimlərə region ölkələri ilə yanaşı Filippin, Şri-Lanka, Banqladeş, Çin Xalq Respublikası, İraq, Cənubi Afrika və El-Salvador ölkələrinin vərəm ilə mübarizə sahəsində, əsasən penitensiar müəssisələrdə çalışan nümayəndələri qatılmışdır.  

Yerli nümayəndələr üçün 2023-cü ilin oktyabrınadək 160 təlim keçirilib. Bu təlimlərin dinləyiciləri 748 həkim, 519 orta tibb işçisi, 1014 penitensiar xidmət əməkdaşı, 92-si Səhiyyə Nazirliyi tibb müəssisələrinin həkimləri olub. 

2012-2023-cü illər ərzində Azərbaycan penitensiar müəssisələrdə uğurlu vərəməleyhi fəaliyyətlərlə tanış olmaq və təcrübə mübadiləsi məqsədi ilə 12 ölkədən 21 nümayəndə heyəti tərkibində, ümumilikdə, 170 qonağın Bakıya səfəri baş tutmuşdur. Nümayəndə heyətlətinin təmsil etdiyi ölkələr: Birləşmiş Krallıq, Çin Xalq Respublikası, Türkiyə, Filippin, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Belarus və Moldova.

Mərkəzin əsas işçi heyəti:

-         Ədliyyə Nazirliyinin  peşəkar səhiyyə mütəxəssisləri

-         Səhiyyə Nazirliyinin elmi-tədqiqat və vərəməleyhi tibb müəssisələrin aparıcı mütəxəssisləri

-         Beynəlxalq ekspertlər

-         Təcrübəli praktiki həkimlər

-         Ədliyyə Akademiyasının müəllimləri

 Keçirilən təlimlərin hədəf auditoriyası:

-         İxtisaslaşdırılmış müalicə müəssisəsinin (İMM) həkimləri və orta tibb işçiləri

-         İMM-nin qeyri-tibb ixtisaslı personalı (inzibati heyət, nəzarətçilər, rejim və əməliyyat şöbələrinin əməkdaşları)

-         Penitensiar müəssisələrin müxtəlif ixtisaslı həkimləri, orta tibb işçiləri və laboratoriya əməkdaşları

-         Penitensiar xidmətin müxtəlif kateqoriyalı qeyri-tibb ixtisaslı əməkdaşları (inzibati heyət, nəzarətçilər, rejim və əməliyyat şöbələrinin əməkdaşları)

-         Penitensiar xidmətin hərbiləşmiş qurumlarının əməkdaşları

-         Səhiyyə Nazirliyinin vərəməleyhi tibb müəssisələrinin həkimləri

-         Penitensiar müəssisələrə yeni işə qəbul olunmuş tibb işçiləri

-         Penitensiar və mülki sektorlarda vərəm ilə mübarizə sahəsində çalışan xarici ölkə nümayəndələri

 Mövzular:

-         Vərəmin diaqnostikası və müalicəsinin müasir metodları və prinsipləri

-         ÜST-ün vərəmə nəzarət sahəsində yeni təlimatları və onların icrası istiqamətləri

-         Penitensiar müəssisələrdə vərəmin profilaktikasının, aşkarlanmasının və diaqnostikasının xüsusiyyətləri

-         Vərəm üzrə infeksiyaya nəzarət tədbirləri və bunların penitensiar müəssisələrdə tətbiqinin xüsusiyyətləri

-         Məhbuslarla ünsiyyət zamanı penitensiar xidmət əməkdaşlarının təhlükəsiz davranış qaydaları

-         “Vərəm/İİV” və “Vərəm/C viruslu hepatit” müştərək infeksiyaları

-         Vərəmin müasir laborator diaqnostika metodları

-         Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinə sona qədər nəzarət olunması

   Müraciətlər əsasında müxtəlif mövzular 

Təlim mərkəzində təlimlər hər il təsdiq olunmuş plana əsasən həyata keçirilir.