Qeyd olunan fəaliyyətlər aşağıdakı kateqoriyalar üzrə həyata keçirilir:
-
Həbsxanalarda vərəmə nəzarət etmək üçün layihənin idarə olunmasını, monitorinq və qiymətləndirməni, potensialı gücləndirmək;
-
Dərmanlara davamlı (DD) vərəm daxil olmaqla vərəmin diaqnostikasının yaxşılaşdırılması;
-
Xəstələrə dəstəyin göstərilməsi ilə vərəmin müalicəsi və azadlığa buraxılan xəstərlərin müalicəsinin davam etdirilməsi;
-
Həbsxanalarda vərəmlə mübarizə üzrə təlim-informasiya mərkəzinin yaradılması
-
DD-vərəm üzrə operativ tədqiqatların həyata keçirilməsi
Məqsəd qrupları:
-
Bütün ölkə üzrə islahedici müəssisələrdə saxlanılan xəstələr;
-
Penitensiar sektorun vərəm xəstələri;
-
Penitensiar sektorun ÇDD–vərəm xəstələri;
Layihənin göstəriciləri:
-
Penitensiar sektorda yeni müsbət-yaxma halları arasında ÇDD-vərəmin yayılması (%)
-
Ölkə üzrə yeni yaxma-müsbət vərəm hallarının aşkarlanma göstəriciləri
-
Üğürlu müalicə göstəriciləri: penitensiar sektorda yaxma-müsbət vərəm halları
-
Penitensiar sektorda ÇDD-vərəmin uğurlu müalicəsinin göstəriciləri
-
Penitensiar sektorda ÇDD-vərəm xəstələrinin müalicəsinin aralıq nəticələrinin göstəriciləri
-
Uğurlu müalicə göstəriciləri: ölkə üzrə yeni yaxma-müsbət vərəm halları
-
Penitensiar sektorda müəyyən zaman müddətində qeydiyyata alınmış vərəm xəstələri arasında yaxma-müsbət hallarının sayı və faiz göstəriciləri
-
“Azərbaycan Respulikasının penitensiar sistemində vərəmə nəzarətə dair” Müvəqqəti Təlimata əsasən 1-ci sıra dərman preparatlarına qarşı davamlılıq testi (DDT) keçmək hüququ olan xəstələr arasında, ÇDD-vərəmə qarşı 1-ci sıra dərman preparatlarına qarşı davamlılıq testi keçən yeni və təkrar vərəm xəstələrinin sayı və faiz göstəriciləri.
-
Penitensiar sektorda 1-ci sıra dərman preparatları ilə standartlaşdırılmış müalicə alan vərəm xəstələrinin sayı.
-
Penitensiar sektorda müalicənin davamlı həyata keçirilməsi üçün dəstəkləndirilən (maarifləndirilmə, konsultasiyalar, stimullaşdırma), 1-ci və 2-ci sıra dərman preparatları ilə müalicə alan adi vərəm və ÇDD-vərəm xəstələrinin sayı.
-
Penitensiar sektorda 2-ci sıra dərman preparatları ilə müalicə alan ÇDD-vərəm xəstələrinin sayı.
-
“Azərbaycan Respulikasının penitensiar sistemində vərəmə nəzarətə dair” Müvəqqəti Təlimata əsasən 2-ci sıra dərman preparatlarına qarşı davamlılıq testi (DDT) keçmək hüququ olan xəstələr arasında, ÇDD-vərəmə qarşı 2-ci sıra dərman preparatlarına qarşı DDT keçən ÇDD-vərəm xəstərlərinin sayı
-
Konsultantlar tərəfindən həbsxanalarda və azadlığa buraxılmış məhbuslar arasında keçirilmiş maarifləndirici görüşlərin və konsultasiyaların sayı
-
DOTS üzrə təlimlərdə və təkrar təlimlərdə iştirak etmiş penitensiar system həkimlərinin və tibb bacılarının sayı
-
DD-vərəmin idarəolunması, kliniki və laborator aspektləri üzrə yerli təlimlərdə iştirak etmiş İMM-in DD-vərəm şöbəsinin və laboratoriyası işçilərinin sayı