Haqqımızda

     Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və İİV/QİCS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun “Azərbaycanın Penitensiar Sistemində vərəmə nəzarətin gücləndirilməsi” (AZE-910-G06-T) layihəsinin effektiv və nəticə etibarilə səmərəli olması məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Naziri 23 noyabr, 2010-cu il tarixində Layihə İcra Qrupunun (LİQ) yaradılmasına dair sərəncam imzalamışdır. LİQ bilavasitə Əsas Resipiyentin (Ədliyyə Nazirliyi Tibb baş idarəsinin) nəzarəti altında təsis edilmişdir.