16 dekabr, 2015-ci il tarixində, Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılıq və maliyyə dəstəyi ilə həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” mövzusunda təlim kursu keçirilmişdir. Penitensiar müəssisələrin nəzarətciləri üçün təşkil edilən təlimin əsas məqsədi iştirakçıların vərəmin yayılmasının qarşısının alınmasında bilik səviyyəsinin artırılmasından ibarət olmuşdur.
“Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” mövzusunda təlim
17.12.2015