Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə əməkdaşlıq mərkəzində, 16-20 May 2016-cı il tarixində, penitensiar müəssisələrin rəhbər və həkimləri üçün “Ç/GDD-Vərəmin geniş yayıldığı ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda II Beynəlxalq Təlim kursu keçirilmişdir. Təlimin proqramında sübutlara əsaslanmış, müasir, beynəlxalq səviyyədə tövsiyə edilən prinsip və təlimatlara müvafiq mühazirələr və penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə nümunəvi mərkəzin sahələrinə baş çəkmələr əksini tapmışdır. Qeyd edək ki, analoji I Beynəlxalq Təlim Kursu 2015-ci ilin may ayında təşkil edilmişdir.