16 dekabr 2016-cı il tarixində, Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” mövzusunda təlim kursu keçirilmişdir. Penitensiar müəssisələrin nəzarətciləri üçün təşkil edilən təlimin əsas məqsədi iştirakçıların penitensiar müəssisələrdə vərəmin yayılmasının qarşısının alınmasında bilik səviyyəsinin artırılmasından ibarət olmuşdur.