Təlim Mərkəzinin təsdiq edilmiş planına əsasən, 2016-ci ilin sonuncu təlim sessiyasının mövzusu ”Vərəmlə yanaşı xəstəliklərdə vərəməleyhi müalicənin xüsusiyyətləri” olmuşdur. 23 dekabr 2016-cı il tarixində, Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində baş tutan təlim İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin həkimlərini əhatə etmişdir. Sessiyanın əsas məqsədi iştirakçıları bəzi yanaşı xəstəliklər zamanı vərəm hallarının diaqnostikasının və müalicəsinin xüsusiyyətləri ilə tanış etmək olmuşdur.
“Vərəmlə yanaşı xəstəliklərdə vərəməleyhi müalicənin xüsusiyyətləri” mövzusunda təlim
25.12.2016