Cari ilin Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlər üzrə ilk rüblük iclası 14 aprel tarixində "Anatolia" mehmanxanasında keçirilmişdir. İclasa dəvət almış 50 iştirakçıya İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 2016-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri və 2014-2016-cı illərdə penitensiar müəssisələrdə aparılan kütləvi skrininqlər haqqında məruzələr təqdim edilmişdir.
Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlər üzrə rüblük iclas
17.04.2017