“Həbsxanalarda vərəm və çoxsaylı dərmana davamlı vərəmə nəzarət” mövzusunda Beynəlxalq seminar

07.07.2017

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ukrayna Ofisinin müraciətinə əsasən, 3-7 iyul 2017-ci il tarixlərində Ədliyyə Nazirliyi Tibb baş idarəsi nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə əməkdaşlıq mərkəzi, ÜST Avropa və ÜST Azərbaycan ofisi ilə sıx əməkdaşlıq çərçivəsində, “Həbsxanalarda vərəm və çoxsaylı dərmana davamlı vərəmə nəzarət” mövzusunda 5-günlük Beynəlxalq seminar keçirmidşir. Seminarın auditoriyası Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların, Ədliyyə və Səhiyyə Nazirliklərinin 17 nümayəndəsi olmuşdur.

Seminarın gedişatında iştirakçılara ÜST baş ofisinin, həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə ƏM-nin, vərəmlə mübarizə üzrə Milli Proqramın, STOP vərəm partnyorluğu/GDF, İnfeksiya ilə mübarizə üzrə qabaqcıl təcrübə mərkəzi və Pulmonologiya və Ftiziatriya Elmi-Praktiki mərkəzinin ekspertləri tərəfindən vərəmlə və onun çoxsaylı dərmanlara davamlı formaları ilə mübarizəyə dair ən yeni tövsiyələr təqdim edilmişdir. Penitensiar müəssisələrə başçəkmələr zamanı iştirakşılara  ÜST-nın həbsxanalarda vərəmlə mübarizəyə dair tövsiyələrinin tətbiq edilməsi sahəsində unikal praktiki təcrübə qazandırılmışdır.

İştirakçılar tərəfindən müəllim heyətinin yüksək peşəkarlığı, təlim prosesinin düzgün təşkil edilməsi, həmçinin, əldə edilən peşəkar biliklərin keyfiyyəti vurğulanmışdır.