Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərə həsr olunmuş rüblük iclas

09.08.2017

Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair növbəti rüblük iclas 08 avqust 2017-ci il tarixində keçirilmişdir. Tədbirdə 2014-2017-ci illər ərzində penitensiar müəssisələrdə vərəmin aşkarlanması fəaliyyəti, İMM-nin təlim mərkəzinin 2012-2017-ci illər ərzində fəaliyyətinin təhlili, İMM-nin 2017-ci  ilin I yarımillik fəaliyyətində müalicə işlərinə dair hesabatı, sürətli diaqnostik metodların alqoritmlərin tətbiqində prioritetliyi mövzularında məruzələr səsləndirilib və müzakirələr aparılıb.