“Ç/GDD-Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında, yeni diaqnostika üsullarını, dərman preparatlarını və müalicə rejimlərinə xüsusi diqqət ayırmaqla, vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” üzrə Beynəlxalq Təlim Kursu

15.12.2017

Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə əməkdaşlıq mərkəzi, 14-19 May 2018-ci il tarixində, Bakıda penitensiar müəssisələrin rəhbər və həkimləri üçün “Ç/GDD-Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında, yeni diaqnostika üsullarını, dərman preparatlarını və müalicə rejimlərinə xüsusi diqqət ayırmaqla, vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda növbəti Beynəlxalq Təlim kursunun keçirilməsini planlaşdırır.

Təlimin proqramı, ÜST ilə Əməkdaşlıq Mərkəzlərinin təcrübəli müəllimləri (Azərbaycan, İtaliya), vərəm üzrə beynəlxalq məsləhətçilər, ÜST baş ofisi (İsveçrə) və Avropa Regional Bürosu (Danimarka), Regional İnfeksiyaya nəzarət  mərkəzi (Rusiya), "Sərhədsiz həkimlər" Təşkilatı,  «Stop TB» Partnyorluğu (İsveçrə), Farmakonəzarət üzrə Dövlət Agentliyinin (Belarusiya) nümayəndələri tərəfindən təqdim ediləcək. Sübutlara əsaslanmış, müasir, beynəlxalq səviyyədə tövsiyə edilən prinsip və təlimatlara müvafiq mühazirələrdən və penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə nümunəvi mərkəzin sahələrinə baş çəkmələrdən ibarət olacaq kurs, penitensiar müəssisələrdə vərəmin idarə edilməsi və nəzarəti  məqsədi ilə təşkil edilən ən uğurlu kurs kimi tanınmışdır.

Kurs ingilis və rus dillərində keçiriləcək. Təlimin qiymətinə, hava limanında qarşılanma və yola salınma, qonaqlama, nahar fasilələri, daxili daşınma, təlim materialları və Bakıya turistik gəzinti daxil olmaqla, iştirak ilə bağlı bütün xərclər daxildir.

Qeydiyyat formaları 10 Aprel 2018-ci il tarixinə qədər, aşağıdakı elektron ünvanlarına göndərilməlidir: e.gurbanova@prisonhealth.az и training_centre@prisonhealth.az.  

NÖVBƏTİ TƏLİM BARƏDƏ MƏLUMAT və QEYDİYYAT FORMASI ilə tanış olmaq üçün linklərə daxil olun.