“Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” mövzusunda təlim

18.12.2017

Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə, 15 dekabr  2017-ci il tarixində, həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) “Penitensiar müəssisələrdə vərəmlə mübarizə tədbirlərinin xüsusiyyətləri” mövzusunda təlim  keçirilmişdir. Penitensiar müəssisələrin nəzarətçiləri üçün təşkil edilən təlim Azərbaycanın penitensiar müəssisələrində vərəmlə mübarizə proqramı çərçivəsində əməkdaşlığın gücləndirilməsi məqsədi ilə bilik səviyyələrinin artırılmasına xidmət etmişdir. 

DAHA ƏTRAFLI...