“Çoxsaylı və geniş sayda dərmana davamlı vərəmin geniş yayıldığı ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi" mövzusunda Beynəlaxalq Təlim

25.05.2018

11-19 may, 2018-ci il tarixlərində Ədliyyə Nazirliyi Tibb baş idarəsi nəzdində fəaliyyət göstərən Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə əməkdaşlıq mərkəzi, ÜST Avropa və ÜST Azərbaycan ofisi ilə sıx əməkdaşlıq çərçivəsində, “Çoxsaylı və geniş sayda  dərmana davamlı vərəmin geniş yayıldığı ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi (yeni diaqnostika üsulları, dərman preparatları və müalicə rejimləri)” mövzusunda növbəti  Beynəlxalq Təlim kursu keçirmişdir.

Təlimin mühazirəçiləri arasında  ÜST Avropa bürosunun, ÜST baş ofisinin, ÜST ilə Əməkdaşlıq Mərkəzlərinin (Azərbaycan və İtaliya), vərəmlə mübarizə üzrə Milli Proqramın, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, STOP vərəm partnyorluğu/GDF, “Sərhədsiz həkimlər”və vərəm sahəsində beynəlxalq eksperləti yer almışdır.  Altı gün davam edən kurs müddətində  iştirakçılara vərəm və onun çoxsaylı dərmanlara davamlı formaları ilə mübarizəyə dair ən yeni tövsiyələr təqdim edilmiş, penitensiar müəssisələrə başçəkmələr zamanı ÜST-nın həbsxanalarda vərəmlə mübarizəyə dair tövsiyələrinin tətbiq edilməsi sahəsində unikal praktiki təcrübə qazandırılmışdır.

Təlimdə Azərbaycan, Belarusiya, Rusiya Federasiyası, Qazaxstan, Filippin, El-Salvadorvə Şri-Lankaölkələrinin Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Cəzaların İcrası Departamentivə  Milli Vərəm Proqramlarının 14əməkdaşıiştirak etmişdir.

İştirakçıların təlim barədə verdiyi müsbət rəylər ilə yanaşı, məhbuslar arasında vərəmlə mübarizə sahəsində qabaqcıl təcrübənin tətbiq edilməsi istiqamətində atılan addımların vacibliyi vurğulanmışdır.