“Azərbaycanın penitensiar müəssisələrində vərəmin idarə olunmasının xüsusiyyətləri”

04.06.2018

Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə “Azərbaycanın penitensiar müəssisələrində vərəmin idarə olunmasının xüsusiyyətləri” mövzusunda 13.03-14.03.2018 və 14.06.2018-ci il tarixlərində silsilə təlimlər keçirilmişdir. Həbsxanalarda vərəmin profilaktikası və  nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) keçirilən sessiyalar Penitensiar müəssisələrin tibb xidmətində çalışan orta tibb işçiləri və  tibb xidmətinə yeni işə götürülmüş həkimləri Azərbaycanın penitensiar müəssisələrində vərəm hallarının effektiv idarə olunması üçün  fəaliyyətlərinin əsas istiqamətləri və prinsipləri ilə tanış etmək üçün təşkil edilmişdir.