Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərə dair rüblük iclas

12.07.2018

10 iyul 2018-ci il tarixində Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair növbəti rüblük iclas keçirilmişdir. Tədbirin iştirakçılarına İMM-də May, 2017- İyun, 2018-ci illərin əhatə etdiyi dövr ərzində yeni və yenidən baxılmış vərəməleyhi dərman preparatları ilə müalicə nəticələrinin təhlili, həmçinin, 2012-2017-ci iilər ərzində penitensiar müəssisələrdə vərəmin aşkarlanması fəaliyyətinə dair təqdimatlar edilmişdir. İclasda ƏN Tibbi-Sanitar Hissələrinin tibb personalı ilə yanaşı, Səhiyyə Nazirliyinin nümayəndələri də iştirak etmişdir.