"Laboratoriyada keyfiyyətin idarə olunması" və “Penitensiar müəssisələrdə vərəmlə mübarizədə infeksion nəzarət tədbirləri” mövzularında təlimlər

09.07.2018

6 iyul 2018-ci il tarixində, Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində Ədliyyə Nazirliyi Tibb baş idarəsinin dəstəyi ilə  2 təlim keçirilmişdir.

"Laboratoriyada keyfiyyətin idarə olunması" mövzusunda birgünlük təlim laborator xidmət işçilərinin “Keyfiyyəti idarəetmə sistemi” (KİS) sahəsində təşkil olunmuş silsilə təlimlərin səciyyəsi olaraq biliklərinin möhkəmləndirilməsi və praktiki tətbiqində motivasiyanın artırılması məqsədi ilə təşkil edilmişdir.

Mərkəzin parallel auditoriyasında Penitensiar xidmətin Mühafizə alayının 3-cü atıcı bölüyünün zabit və əsgər heyəti üçün “Penitensiar müəssisələrdə vərəmlə mübarizədə infeksion nəzarət tədbirləri”  mövzusunda təlim keçirilmiş, iştirakçılar vərəmin ötürülmə yolları, infeksiyanın qarşısının alınması və penitensiar sistemdə profilaktikasına dair tövsiyələr ilə tanış olmuşdur.