ÜST-ün Özbəkistan Respublikasındakı ofisinin müraciəti əsasında, həbsxanalarda vərəmin profilaktikası və müalicəsi üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi 5-günlük tanışlıq səfəri çərçivəsində Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və ÜST ofisi nümayəndələri ilə təmsil edilən nümayəndə heyətini Bakıda qəbul edir (24-28 sentyabr). 5 gün davam edən səfər müddətində iştirakçılar penitensiar müəssisələrə başçəkmələr zamanı həbsxanalarda vərəməleyhi xidmətlərin idarə edilməsi sahəsində unikal praktiki təcrübə qazanacaq, həmçinin, vərəm, ÇDD vərəm və yanaşı xəstəliklərin idarə olunmasına dair ən yeni tövsiyələr ilə tanış olacaqlar.