24-27 Oktyabr, 2018-ci il tarixlərində Haaqa şəhərində (Niderland) Vərəm və ağciyər xəstəlikləri ilə mübarizə üzrə Beynəlxalq İttifaqın 49-cu Ümumdünya Konfransının mövsuzu “Hüquqlarımızın bəyan edilməsi: sosial və siyasi həll yolları” olmuşdur.
26 oktyabr tarixində “Vərəmsiz həbsxanaların təmin edilməsi: nailiyyətlər və problemlər” mövzusunda keçiriln sessiya ÜST mütəxəssisi Oqtay Gözalov və Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi – Rəfail Mehdiyev sədrliyi ilə keçirilmişdir. Sessiyanın məqsədi həbsxanalarda sübutlara əsaslanan və beynəlxalq miqyasda qəbul edilən vərəmə nəzarət siyasətini həyata keçirmək üçün birgə səylər sahəsində ən uğurlu təcrübə nümunələri ilə bölüşmək və mövcud problemləri işıqlandırmaq olmuşdur. Sessiyada həmçinin “Azərbaycanın həbsxanalarında geniş dərmanlara davamlı vərəmin müalicəsində yeni vərəməleyhi dərman preparatlarının tətbiqi təcrübəsi” mövzusunda prezentasiyanın təqdimatı edilmişdir.