Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə həkimlər üçün “Vərəməleyhi preparatların tətbiqi zamanı meydana çıxan arzuolunmaz halların idarə olunması və vərəmlə yanaşı xəstəliklərdə müalicənin xüsusiyyətləri” mövzusunda təlim keçiriləcək. 26-27 fevral 2019-cuil tarixində Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) baş tutacaq təlimin məqsədi iştirakçıları vərəməleyhi preparatların yaratdığı arzuolunmaz halların idarə olunması istiqamətində aparılmalı fəaliyyətlər haqqında məlumatlandırmaq və bu sahədə praktiki vərdişlərini təkmilləşdirmək, bəzi yanaşı patologiyalarda spesifik müalicənin xüsusiyyətləri haqqında bilik və bacarıqlarını möhkəmləndirməkdir.
"Vərəməleyhi preparatların tətbiqi zamanı meydana çıxan arzuolunmaz halların idarə olunması və vərəmlə yanaşı xəstəliklərdə müalicənin xüsusiyyətləri” mövzusunda təlim
30.01.2019