Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair 2019-cu ilin ilk rüblük iclası 8 fevral tarixində keçirilmişdir. Penitensiar Sistemin 50 tibb əməkdaşından ibarət iştirakçı auditoriyasını əhatə edən iclasda 2014-2018-ci illər ərzində müalicəyə cəlb olunan vərəmli xəstələr arasında residiv halların təhlili və 2008-2018-ci illər ərzində vərəməleyhi xidmət fəaliyyətinin əsas göstəricilərinin müqayisəli təhlili mövzularına məruzələr səsləndirilib.
Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair
11.02.2019