Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə “Penitensiar müəssisələrdə vərəmin aktuallığı. Vərəmin erkən aşkarlanması və müalicə kursu tamamlanmış məhkumların izlənilməsi istiqamətində TSH əməkdaşlarının fəaliyyəti” mövzusunda təlim keçiriləcək. 12 aprel 2019-cu il tarixində Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) baş tutacaq təlimin məqsədi iştirakçıların penitensiar müəssisələrdə vərəmə nəzarət proqramının tətbiqi sahəsində bilik səviyyələrini yüksəltmək və praktiki vərdişlərini təkmilləşdirməkdir.
Təlim Mərkəzi 2019-cu ilin əvvəlindən Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil tədbirlərini həyata keçirən müəssisə kimi akkreditasiya edildikdənsonra, Səhiyyə Nazirliyinin tibb mütəxəssisləri də təlimlərdə mütəmadi iştirak edə bilir.