Cari ilin Təlim planına müvafiq olaraq, Ədliyyə Nazirliyi Tibb baş idarəsi tərəfindən “Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyasının həyata keçirilməsində penitensiar xidmət əməkdaşlarının rolu” mövzusunda silsilə təlimlər keçiriləcək. Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM) 19 mart və 3 sentyabr tarixlərində Penitensiar müəssisələrin nəzarətçiləri, 17 may tarixində Penitensiar müəssisələrin dəstə rəisləri üçün təşkil ediləcək təlimlərin məqsədi iştirakçılara Azərbaycanın penitensiar müəssisələrində tətbiq olunan aşkarlanma strategiyalarının əhəmiyyətini göstərmək və penitensiar xidmət əməkdaşlarının bu istiqamətdə fəaliyyətlərinin vacibliyini anlatmaqdır.
“Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyasının həyata keçirilməsində penitensiar xidmət əməkdaşlarının rolu” mövzusunda təlimlər
11.03.2019