Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair Iclas

04.10.2019
Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair 2019-cu ilin 3-cü rüblük iclası 3 oktyabr tarixində, İxtisaslaşdırılmış Müalicə Müəssisəsi (İMM) nəzdində fəaliyyət göstərən ÜST ilə Əməkdaşlıq Mərkəzində keçirilmişdir. Penitensiar Sistemin Tibb xidmətinin 50 əməkdaşının iştirakı ilə baş tutan iclasda 2019-cu ildə İMM-də baş verən ölüm hallarının araşdırılması və İİV-ə yoluxmuş məhkumlar arasında aparılan İzoniazidlə Preventiv Terapiyanın effektivliyinin qiymətləndirilməsi mövzularında məruzələr səsləndirilmişdir.