Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərə dair iclaslar

20.11.2019

3 oktyabr və 20 noyabr 2019-cu il tarixlərində Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair planlı iclaslar keçirilmişdir. Penitensiar müəssisələrin tibb-sanitar hissələrinin həkimləri və tibb baş idarəsinin əməkdaşları üçün təşkil edilən, İMM nəzdində fəaliyyət göstərən ÜST ilə Əməkdaşlıq Mərkəzidə baş tutan iclaslarda 2018 - 2019-cu illər ərzində cəzaçəkmə müəssisələrində aparılmış vərəmin aktiv aşkarlanma fəaliyyətinin təhlili aparılmış, vərəm keçirmiş məhkumlara İMM-də dispanser nəzarətin təşkili haqqında məlumat verilmiş, İİV-ə yoluxmuş məhkumlar arasında aparılan İzoniazidlə Preventiv Terapiyanın effektivliyinin qiymətləndirilməsinin əticələri səsləndirilmiş və 2019-cu il ərzində İMM-də ölüm hallarının araşdırılmasının nəticələri təqdim edilmişdir.