“Asiya və Sakit okean hövzəsi ölkələrinin həbsxanalarında sağlamlıq” mövzusunda 3-cü Konfrans

22.11.2019

Azərbaycan Respublikası Tibb baş idarəsinin nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təşkil edilən “Asiya və Sakit okean hövzəsi ölkələrinin həbsxanalarında sağlamlıq” mövzusunda 3-cü Konfransda iştirak etdi. BQXK təşəbbüsü ilə tədbirin ilk günündə ƏN TBİ rəisi Vərəmə nəzarət proqramı çərçivəsində  və ondan kənar həbsxanaların tibb xidməti ilə administrasiyası arasında effektiv əməkdaşlıq mövzusunda geniş məruzə ilə çıxış etdi və Azərbaycanın bu sahədəki təcrübəsi ilə bölüşdü.

Konfransın məqsədi səhiyyə mütəxəssisləri və həbsxana menecerlərinin, müvafiq sahələrdə çalışan elmi işçilərin təcrübələri, problemləri və apardıqları tədqiqatlar ilə bölüşməyi üçün şərait yaratmaq və Həbsxanalarda sağlamlığın qorunması istiqamətində ümumilli idarəetmə yanaşmasını birgə təşviq etməkdən ibarət olmuşdur.
 
Tədbir nazirliklərin tibb xidmətində çalışan həbsxanalarda sağlamlıq məsələlərinə məsul rəhbər işçilərini, səhiyyə nazirlikləri rəsmilərini, Asiya və Sakin Okean hövzəsi ölkələrinin alim və ictimai səhiyyə mütəxəssislərini, beynəlxalq təşkilatların nümayəndələri və beynəlxalq ekpertləri  bir araya gətirməklə, mövzu ətrafında müzakirə və diskussiyaar üçün uğurlu platforma oldu.