Ədliyyə Nazirliyi Tibb baş idarəsinin təşkilatçılığı ilə Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində İMM laboratoriyasının əməkdaşları üçün silsilə təlimlər keçirilmişdir. 05 və 06 dekabr tarixlərində “Bəlğəm nümunələrinin düzgün toplanması qaydaları” və 17 dekabr tarixində “Dərmanlara genetik həssaslıq testi GenoType MTBDRsl versiya 2.0 və onun nəticələrinin şərhi” mövzusunda, ümumilikdə 3 təlim təşkil edilmişdir. Təlimlərin məqsədi, müvafiq olaraq, orta tibb işçilərini bəlğəm toplanmasının standart qaydaları barəsində təlimatlandırmaq və yeni genotipləşmə testi olan MTBDRsl testi haqqında biliklərini artırmaq olmuşdur.