3-4 iyun 2021-ci il tarixlərində ƏN TBİ-nin təşkilatçılığı ilə Gəncə şəhəri 2 saylı İT-nin əməkdaşları üçün “İstintaq təcridxanalarında vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində Penitensiar xidmət əməkdaşlarının rolu” mövzusunda səyyar təlimlər keçirilmişdir. Ümumilikdə 36 nəfərin iştirak etdiyi bir-günlük təlimlərin məqsədi Penitensiar müəssisələrin istintaq təcridxanalarında vərəmə nəzarət üzrə proqramın səmərəli həyata keçirilməsində inzibati heyət əməkdaşlarının fəaliyyətinin təsirini izah etmək və gələcəkdə bu istiqamətdə birgə əməkdaşlığın gücləndirilməsinə nail olmaqdan ibarət olmuşdur.
“İstintaq təcridxanalarında vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində Penitensiar xidmət əməkdaşlarının rolu” mövzusunda səyyar təlimlər
07.06.2021