COVİD-19 pandemiyası ilə əlaqədar ölkədə mövcud karantin şərtlərinə müvafiq olaraq, cari ilin Azərbaycanın Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin nəticələrinə dair ilk planlı rüblük iclas, hər gün 20 iştirakçı üçün nəzərdə tutulmaqla, 7-9 aprel tarixlərində keçirilmişdir. Penitensiar müəssisələrin tibb-sanitar hissələrinin həkimləri və tibb baş idarəsinin əməkdaşları üçün təşkil edilən, İMM nəzdində fəaliyyət göstərən ÜST ilə Əməkdaşlıq Mərkəzində baş tutan iclaslarda COVİD-19 pandemiyası dövründə İMM-nin fəaliyyəti və 2020-ci ildə Penitensiar müəssisələrdə aparılan vərəməleyhi fəaliyyətinin nəticələri səsləndirilmişdir.
Penitensiar Sistemində Vərəmə Nəzarət Proqramı çərçivəsində aparılan fəaliyyətlərin təhlilinə həsr edilmiş 2021-ci ilin ilk rüblük iclası
09.04.2021