COVID-19-a cavab tədbirləri çərçivəsində ÜST ölkə ofisi tərəfindən ƏN TBİ-yə tibb maskaları təhvil verildi

28.09.2021
COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.  
 
Bu yardım Almaniya hökumətinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Qeyd edək ki, sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib. 
 
Tədbirdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Dr.Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi, tibb xidməti general-mayoru Dr Rəfail Mehdiyev və hər iki qurumun nümayəndələri iştirak etmiş, təhvil-təslim aktı imzalanmışdır.