Təsdiq olunmuş Təlim planına əsasən fəaliyyətlərin icrası davam edir

04.10.2021

Cari ilin sentyabr ayında Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq mərkəzində ƏN TBİ-nin təşkilatçığı ilə 3 təlim keçirilmişdir. İlk təlimin - Penitensiar müəssisələrin nəzarətçiləri üçün "Cəzaçəkmə yerlərində vərəmin aşkarlanma strategiyasının həyata keçirilməsində penitensiar xidmət əməkdaşlarının rolu" mövzusunda keçirilən təlimin məqsədi Azərbaycan penitensiar müəssisələrində tətbiq olunan aşkarlanma strategiyalarının əhəmiyyətini göstərmək və penitensiar xidmət əməkdaşlarının bu istiqamətdə fəaliyyətlərinin vacibliyini anlatmaqdan ibarət olmuşdur. Növbəti, iki gün davam edən və Penitensiar müəssisələrin tibb xidmətinə yeni işə qəbul olunmuş həkimləri üçün nəzərdə tutulmuş təlimin mövzusu “Penitensiar müəssisələrdə vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasının xüsusiyyətləri” olmuşdur. Eyni zamanda, sentyabr ayında Penitensiar müəssisələrin TSH-nin rəisləri üçün “Penitensiar müəssisələrdə vərəmlə mübarizə proqramının gücləndirilməsi istiqamətində fəaliyyətlər və yeni tövsiyələr” mövzusunda təlim keçirilmişdir. 

Təlimlərin sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilmişdir.