Vərəmə Son Strategiyasının 7-ci Sammiti

17.11.2021

Ölkəmiz  Vərəm yükü yüksək olan ölkələr üçün Vərəmə Son Strategiyasının 7-ci Sammitində Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisinin çıxışı ilə təmsil edilmişdir.

Təqdimat zamanı tədbirin iştirakçılarına vərəmli məhkumlara sosial-psixoloji dəstək sahəsində Azərbaycanın təcrübəsi haqqında məlumat verilmişdir.

Sammitin əsas məqsədi vərəmlə mübarizə üzrə milli proqram rəhbərləri, ÜST-ün Vətəndaş Cəmiyyəti üzrə İşçi Qrupunun nümayəndələri və tərəfdaşlar arasında COVID-19-un vərəmə təsirinin azaldılması və aradan qaldırılması, vərəmlə qlobal mübarizənin gücləndirilməsi məqsədi ilə yeni fəaliyyət növləri ilə bağlı müzakirələri təşviq etmək olub.