Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş Konfrans

03.12.2021

1 dekabr tarixində Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkil etdiyi konfransda ölkəmizdə QİÇS-lə mübarizə istiqamətində görülən tədbirlər, hökumət və qeyri-dövlət təşkilatlarının bu sahədə əməkdaşlığı, mərkəz və laboratoriyaların işinin yaxşılaşdırılması, gənclər və yeniyetmələr arasında virusun ziyanlı təsirinə yönələn reklam təbliğatının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Qlobal Fond son üç ildə xəstəliyə qarşı mübarizə aparılması üçün 17,3 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

Konfransda Ədliyyə Nazirliyi adından çıxış edən Ədliyyə Nazirliyinin ÜST-lə Əməkdaşlıq Mərkəzinin rəhbəri İradə Məmmədova Penitensiar müəssisələrində İİV/QİÇS-lə mübarizənin gücləndirilməsi sahəsində görülən işlər və gələcək strateji planlar haqqında geniş məruzə ilə çıxış etmişdir.

Konfransa Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin rəhbəri Hande Harmançı, BMT-nin ölkə üzrə əlaqələndiricisi Vlanadka Andreyeva,  millət vəkilləri Soltan Məmmədov, Rəşad Mahmudov, Məlahət İbrahimqızı və Kamilə Əliyeva, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, QIÇS-lə mübarizə sahəsində çalışam qeyri-dövlət təşkilatlarının əməkdaşları, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbər şəxsləri qatılmışdılar.