İstintaq təcridxanalarında və cəzaçəkmə müəsisələrində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində penitensiar xidmət əməkdaşlarının rolu

24.12.2021

Cari ilin Təlim planına müvafiq olaraq, Ədliyyə Nazirliyi Tibb baş idarəsi tərəfindən “İstintaq təcridxanalarında və cəzaçəkmə müəsisələrində vərəmə nəzarət tədbirlərinin həyata keçirilməsində penitensiar xidmət əməkdaşlarının rolu” mövzusunda silsilə təlimlər keçirilib. 22 və 23 noyabr tarixlərində regionlarda yerləşən CÇM və İT-nin əmədaşları, 24 dekabr tarixində isəHəbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində (ƏM)  Penitensiar müəssisələrin rəisləri üçün təşkil edilən təlimlərin məqsədi vərəmə nəzarət proqramının səmərəli həyata keçirilməsində inzibati heyət əməkdaşlarının rolunu izah etmək və gələcəkdə bu istiqamətdə onların fəaliyyətinin gücləndirilməsinə nail olmaqdır.