ƏN TBİ yerli qeyri-hökumət təşkilatları üçün müsabiqə elan edir

10.01.2022

İİV, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda İİV/QİÇS və vərəm ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ayırdığı qrant çərçivəsində Penitensiar müəssisələrdə fəaliyyətlərin icra edilməsi üçün Əsas Resipiyent (ƏR) - Səhiyyə Nazirliyi ilə Sub-resipiyent (SR)- Ədliyyə Nazirliyinin (ƏN) Tibb baş idarəsi (TBİ) arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Layihənin əsas məqsədi Azərbaycanda riskli əhali qruplarına zəruri olan İİV profilaktikası, diaqnostikası, müalicəsi, qayğı və dəstəyə çıxışını genişləndirməklə, İİV-in yayılma səviyyəsinin və QİÇS-lə bağlı ölüm hallarının azaldılması, eyni zamanda, Vərəmin (o cümlədən, DD Vərəmin) yeni hallarını, yayılma səviyyəsini və ölüm faizini əhəmiyyətli dərəcədə azaltmaqla Vərəmin sosial-iqtisadi yükünü azaltmaqdan ibarətdir.
ƏN TBİ yerli qeyri-hökumət təşkilatlarını Sub-resipiyent olduğu “Azərbaycan Respublikasında yüksək riskə məruz qalan əhali qrupları üçün milli imkanların, profilaktika və müalicə xidmətlərinin gücləndirilməsi vasitəsilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin genişləndirilməsi və zəruri ÇDD/GDD vərəm xidmətlərinə çıxışın və keyfiyyətinin davamlılığının təmin edilməsi” layihəsi çərçivəsində aşağıdakı fəaliyyətlərin icra edilməsi üçün müsabiqədə iştirak etməyə dəvət edir:

Təlim/təlimat sessiyalarından əvvəl aşağıdakı sənədlər “Donor”a göndərilməlidir:

  • Təlimin proqramı (adı, mövzuları, məqsədi, aparılma metodları, gündəlik cədvəli və vaxtı);
  • Təlimçilər haqqında məlumat;
  • Təlim üçün materiallar (təqdimatlar);
  • Təlimlərin aparılması üçün maddi-texniki təminat;
  • Paylanacaq materialların məzmunu.
  • Təlim/təlimat sessiyalarından sonra:
  • Təfsilatlı maliyyə və təsviri hesabatların “Sifarişçi”yə tədqim edilməsi;
  • Treninqlərin foto-video materiallarının “Sifarişçi”yə təqdim edilməsi.

 
Layihənin müddəti: 01 yanvar 2022-ci il - 30 iyun 2024-cü il

Müraciət edən QHT-lərə tələblər:

  • Penitensiar müəssisələrdə iş təcrübəsinin olması;
  • Məhkumlarla və risk qrupları ilə iş təcrübəsinin olması;
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək; 
  • Yerli qanunvericiliyə və Qlobal Fondun qaydalarına müvafiq, 1C maliyyə proqramında mütəmadi və dəqiq maliyyə hesabatlarını hazırlamaq bacarığı;  
  • Mütəmadi və dəqiq proqram hesabatları vermək bacarığı; 
  • Yerli qanunvericiliyə uyğun olaraq bütün işçilərlə əmək/xidmət müqaviləsi bağlamaq; 
  • Layihənin icrası, proqram və maliyyə idərəçiliyi üçün tələblərə cavab verən uyğun bacarıq və resursların mövcud olması;
  • Konfidiensillağın qorunmasının təmin edilməsi.

 
Müraciətlər 25 yanvar 2021-ci il, 14.00-a qədər [email protected] ünvanına göndərilməlidir.

Tələblərə cavab verən QHT ƏN TBİ-nin xüsusi komissiyası tərəfindən seçiləcək.  Komissiyaya ƏN TBİ, ƏN TBİ LİQ və Səhiyyə Nazirliyi Əlaqələndirmə Bürosunun nümayəndələri daxildir.