Dərmanlara davamlı vərəmin idarə olunmasına dair ÜST-nin yeni tövsiyələri və yanaşmaları

24.12.2021

14 və 15.12.2021-ci il tarixlərində Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq mərkəzində, ƏN TBİ-nin maliyyə dəstəyi ilə İxtisaslaşdırılmış müalicə müəssisəsinin orta tibb işçiləri üçün “Dərmanlara davamlı vərəmin idarə olunmasına dair ÜST-ün yeni tövsiyələri və yanaşmaları” mövzusunda təlimlər keçirilmişdir. Təlimin iştirakçıları dərmanlara davamlı vərəmin idarə olunmasında ÜST-ün son tövsiyələri və yeni müalicə rejimləri haqqında məlumatlandırılmışdır.
22-23 dekabr tarixlərində eyni mövzuda iki-günlük təlim İMM həkimləri üçün baş tutmudur. Məqsəd iştirakçıları dərmanlara-davamlı vərəmin idarə olunmasında ÜST-ün yeni tövsiyələri barədə məlumatlandırmaq və praktiki vərdişləri möhkəmləndirmək olmuşdur. 
Tədris sessiyalarının sonunda iştirakçılar 
sertifikatlarla təltif edilmişdir.