ÜST-ün Avropa üzrə regional direktoru Dr Hans Kluge Azərbaycana səfərini Həbsxanalarda Vərəmin Profilaktikası və Nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinə başçəkməkləyekunlaşdırıb.
Səfər çərçivəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general Rəfail Mehdiyev, təlim mərkəzinin direktoru İradə Məmmədova və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsi (İMM) və Tibb baş idarəsinin əməkdaşlarıilə görüşüb.
Penitensiar xidmətin həkimləri üçün “COVİD-19 pandemiyası şəraitində penitensiar müəssisələrdə vərəm hallarının idarəedilməsinin xüsusiyyətləri” mövzusunda təşkil edilən təlimdə iştirak edən Dr Kluge iştirakçıları salamlamışvə fəaliyyətlərində uğurlar arzuetmişdir. Dr Kluge ÜST ilə Əməkdaşlıq Mərkəzi ilə tanışlıqdan sonra İMM-də vərəmin idarə olunması alqoritmi ilə tanış olmuş, referens laboratoriya və müalicə şöbələrinə baş çəkmişdir. Başçəkmənin sonunda general Mehdiyevlə birgə iş planı, əməkdaşlığın genişləndirilməsi və yol xəritəsinin hazırlanması ilə bağlı müzakirələr aparılmışdır.
ÜST-ün Avropa üçün Regional ofisinin direktoru Dr Hans Kluge Azərbaycana səfər edib
27.04.2022