
Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə əməkdaşlıq mərkəzi, Bakıda, 17-22 oktyanr 2022-ci il tarixində penitensiar müəssisələrin rəhbər və həkimləri üçün “Qısaldılmış müalicə rejimləridövründə həbsxanalarda vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda növbəti Beynəlxalq Təlim kursunun keçirilməsini planlaşdırır.
Təlimin proqramı, ÜST ilə Əməkdaşlıq Mərkəzlərinin təcrübəli müəllimləri (Azərbaycan), vərəm üzrə beynəlxalq məsləhətçilər, ÜST baş ofisi (İsveçrə) və Avropa Regional Bürosu (Danimarka), «Stop TB» Partnyorluğu (İsveçrə), ÜST ƏM (Latviya) nümayəndələri tərəfindən təqdim ediləcək. Sübutlara əsaslanmış, müasir, beynəlxalq səviyyədə tövsiyə edilən prinsip və təlimatlara müvafiq mühazirələrdən və penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə nümunəvi mərkəzin sahələrinə baş çəkmələrdən ibarət olacaq kurs, penitensiar müəssisələrdə vərəmin idarə edilməsi və nəzarəti məqsədi ilə təşkil edilən ən uğurlu kurs kimi tanınmışdır.
Kurs ingilis və rus dillərində keçiriləcək. Təlimin qiymətinə, hava limanında qarşılanma və yola salınma, qonaqlama, nahar fasilələri, daxili daşınma, təlim materialları və Bakıya turistik gəzinti daxil olmaqla, iştirak ilə bağlı bütün xərclər daxildir.
Müraciətlər 30 sentyabr 2022-ci il tarixinə qədər, aşağıdakı elektron ünvanlarına göndərilməlidir: [email protected] и [email protected].
NÖVBƏTİ TƏLİM BARƏDƏ MƏLUMAT ilə tanış olmaq üçün linklərə daxil olun.