Hal-hazırda, Qazaxıstan Respublikasının ictimai səhiyyə mütəxəssisləri və penitensiar müəssisələrini tibb xidmətinin mütəxəssisləri ilə təmsil edilən nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfərin məqsədi, Qazaxıstan Respublikasında penitensiar müəssisələrin tibb xidmətinin Səhiyyə Nazirliyinin tabeçiliniə keçid ilə əlaqədar, Azərbaycanın həbsxanalarında icra edilən Vərəmə nəzarət proqramı və sektorlararası əməkdaşlıq təcrübəsi ilə tanış olmaqdan ibarətdir.
4-günlük Tanışlıq Səfərinin proqramına mühazirələrlə yanaşı, penitensiar və ictimai səhiyyə müəssisələrinə başçəkmələr də nəzərdə tutulmuşdur. Səfər Qazaxıstan Milli Vərəm Proqramının rəhbərinin müraciəti əsasında təşkil edilmişdir.
Tanışlıq Səfəri yerli mətbuat vasitələrində geniş işıqlandırılmışdır:
www.justice.gov.az
https://azertag.az/
Qazaxıstan Respublikasının nümayəndə heyəti Azərbaycana səfər edir
05.07.2022